Tədris-İnnovasiya Mərkəzində müəssisə və təşkilatların əməkdaşları, eləcə də sıravi vətəndaşlar üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kurslar təşkil edilir. Dərslər qrup şəklində və fərdi qaydada aparılır.
Kursların siyahısı:
-
Proqramlaşdırma və verilənlər bazası ( Pascal, Delphi, C, C++, C#, Java, Oracle və s.);
-
Veb-proqramlaşdırma (HTML/CSS, PHP, XML, JavaScript, Asp.net, MySQL);
-
Şəbəkə administratorluğu;
-
Riyazi proqram paketləri (MathLab, MathCad);
-
Kompüter qrafikası və dizayn proqramları (Photoshop, CorelDraw, AutoCad, 3Dmax);
-
Dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər üçün informatika;
-
Magistraturaya hazırlaşanlar üçün informatika;
-
İnformasiya cəmiyyətinin əsasları;
-
Elektron dövlətin formalaşmasının əsasları;
-
İnformasiya təhlükəsizliyi. E-imza;
-
Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları;
-
Gənc elmi tədqiqatçılar üçün kurslar (Beynəlxalq elmi bazalarla, e-kitabxana və e-kataloqlarla işləmə prinsipləri, məqalənin tərtibatı qaydaları);
-
Müəllimlər üçün kurslar (Proqramlaşdırma, dərsdə İT-dən istifadə metodikası, elektron lövhələrin tədrisdə tətbiqi, elektron resursların hazırlanması);
-
MS Office proqram paketi (Word, Excel, PowerPoint, Access, Publisher və s.);
-
Kompüterin təmiri və sazlanması, HelpDesk;
-
1C: Mühasibatlıq;
-
İnternet xidmətləri (informasiya axtarışı, e-kitabxana, e-ensiklopediya, sosial şəbəkə, bloq və s.).
Kursu müvəffəqiyyətlə bitirənlərə imtahan əsasında sertifikat verilir!