AMEA-nın Prezidentinin 480 saylı 10 sentyabr 2015-ci il Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, ali məktəb pedaqogikası, psixologiya və fəlsəfə kimi ümumi fənlər üzrə dərslərin tədris olunması və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir.
- Bu sərəncama əsasən 15 sentyabr 2015-ci ildən etibarən AMEA-nın magistratura pilləsinin ümumi və seçmə fənlər üzrə nəzəri və praktiki dərslərin tədrisi institutun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir;
- “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin magistratura təhsili ilə bağlı qəbul etdiyi normativ-hüquqi sənədlərə uyğun olaraq hazırlanmış tədris proqramı əsasında aparılır;
- İmtahanlar elektron test üsulu ilə həyata keçirilir;
- İmtahanların nəticələri haqqında məlumatlar hesabat şəklində AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinə təqdim edilir.