Ana səhifə->Elanlar

16.01.2017, 11:00

Oxunma sayı: 297

“Merit” təqaüd proqramı elan olunur

İslam İnkişaf Bankı 2017-2018-ci illər üçün “Merit” təqaüd proqramını elan edir. Proqrama əsasən, İslam İnkişaf Bankına üzv ölkələr üçün tibb, kənd təsərrüfatı, enerji, nanotexnologiyalar və İKT sahəsində fəlsəfə doktoru hazırlığı üçün (yaşı 35-dən yuxarı olmayan) 3 il, elmlər doktoru hazırlığı üçün (yaşı 40-dan yuxarı olmayan) 6-12 ay müddətində Avropanın müxtəlif universitet və elmi mərkəzlərində tədqiqat aparmaq imkanları yaradılır.

Təqaüd proqramı ilə bağlı bütün xərclər İslam İnkişaf Bankının vəsaiti hesabına ödənilir.

Ətraflı məlumatı www.isdb.org saytından əldə etmək mümkündür.

Ərizə formalarını aşağıdakı linklərdən yükləmək olar:

fəlsəfə doktoru dərəcəsi üzrə

elmlər doktoru dərəcəsi üzrə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.