Ana səhifə->Elanlar

07.04.2017, 09:10

Oxunma sayı: 87

“Elektron test sistemi”nin istismarı üzrə təlimlər keçiriləcək

Məlumdur ki, AMEA Rəyasət Heyətinin “İxtisas fənnləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-nın elmi müəssisələrində ixtisas fənnləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir.

İmtahanların təşkili işinin daha da yaxşılaşdırılması məqsədi ilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə “Elektron test sistemi”nin istismarı üzrə təlimlər keçiriləcək.

Təlimlər 12-26 aprel 2017-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzindətəşkil ediləcək. Sonda iştirakçıların bilikləri imtahan əsasında qiymətləndiriləcək, müvəffəqiyyət qazanmış şəxslərə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, treninqdə iştirak edəcək şəxslərin minimum İKT biliklərinə malik olması vacibdir.