Ana səhifə->Elanlar

08.06.2018, 12:10

Oxunma sayı: 239

İnformasiya Texnologiyaları İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək

12 iyun 2018-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda ixtisaslaşdırılmış Magistr Müdafiə Şurasının iclası keçiriləcək. İclasda “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsi təşkil olunacaq.

Müdafiə Şurasının sədri, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, sədr müavini AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, elmi katibi institutun şöbə müdiri Mədinə Səidova, üzvləri isə AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları, dosentlər Rəşid ƏləkbərovZərifə CəbrayılovaYadigar İmamverdiyevFərhad YusifovFərqanə Abdullayeva, eləcə də riyaziyyat üzrə fəlsəfə doktorları, dosentlər Ədalət Paşayev və Elxan Səbziyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.