09.01.2017, 11:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 219

AMEA magistrantlarının sessiya imtahanlarına start verildi

Bu gün AMEA magistrantlarının sessiya imtahanlarına start verildi. Magistrantlar AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzindəimtahan verdilər. İmtahanda “Kompüter mühəndisliyi” ixtisası üzrə 1, “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisası üzrə 1 magistrant iştirak edirdi.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 22 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, magistrantların 2016/2017-ci tədris ili üzrə qış imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.

Növbəti imtahanlar 16, 19, 23 və 27 yanvar tarixlərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.