11.05.2017, 12:00, Maraqlı məlumat

Oxunma sayı: 90

“PowerPoint” təqdimatları real vaxt rejimində tərcümə edəcək

“Microsoft” şirkəti 10-12 may tarixlərində ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Microsoft Build 2017” konfransının açılışında “PowerPoint” proqramı üçün təqdimatların real vaxt rejimində tərcüməsi funksiyasını nümayiş etdirib.

ferra.ru saytının məlumatına görə, “PowerPoint Translator”un köməyilə təqdimatlar bir dildən digərinə və əksinə avtomatik tərcümə olunacaq. Auditoriya təqdimatı “Microsoft Translator” mobil proqramı vasitəsilə izləyə biləcək. Həmçinin müxtəlif suallar vermək olar ki, onlar da real vaxt rejimində tərcümə olunacaq.

Hazırda şifahi nitq üçün 9, yazılı nitq üçün isə 60-dan çox dil dəstəklənir. Şirkət yeni proqramı ilkin baxış üçün “Garage” adlı eksperimental bölməsinin veb-saytında yerləşdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.