18.05.2017, 09:00, Sayt təqdimatı

Oxunma sayı: 324

Ədəbiyyat İnstitutunun veb-saytının yeni versiyası istifadəyə verilib

İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova veb-saytın dizaynı və proqram təminatına dair çıxış edib.

Bu yaxınlarda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu qurumun veb-saytının təqdimatı keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək rəhbərlik etdiyi müəssisədə son zamanlar yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu bildirib. Alim yeni saytın Azərbaycan və dünya ədəbiyyatında baş verən yeniliklərin, alimlərimizin fəaliyyətinə dair məlumatların dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyinə əminliyini ifadə edib.

Sonra institutun Elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva www.literature.az saytını təqdim edərək bu resursun yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu bildirib.

Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova və sektor müdiri Əfruz Qurbanova iştirak ediblər.

G.Nəbibəyova çıxış edərək hər bir saytın 3 – dizayn, informasiya təminatı və proqram təminatı aspektlərindən xarakterizə olunduğunu diqqətə çatdırıb. Ədəbiyyat İnstitutunun tarixi, burada həyata keçiriəln tədbirlər və qurumun əsas fəaliyyət istiqamətlərini əks etdirən www.literature.az saytının dizayn,  proqram və informasiya təminatı baxımından yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Ədəbiyyat İnstitutunun veb-saytının bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.