24.05.2017, 12:00, Mühüm hadisələr

Oxunma sayı: 58

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, (NRYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin NRYTN-də mükafatlandırılma mərasimi keçirilib.

11-ci dəfədir keçirilən olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 4-cü yeri tutub.

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, habelə “Nar” operatoru və “BestComp Group” şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Qeyd edək ki, olimpiadanın final mərhələsində respublika üzrə 16 ali təhsil müəssisəsinin, o cümlədən 4-ü bölgələrdən olan 16 komandası iştirak edib və ən yaxşı nəticə göstərən 4 komanda qalib elan olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.