05.06.2017, 15:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 294

“Elmi tədqiqatların əsasları” fənnindən test imtahanı keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun magistrantları üçün “Elmi tədqiqatların əsasları” fənnindən test imtahan keçirildi.

İmtahanda institutun “Kompüter mühəndisliyi”, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisasları üzrə təhsil alan magistrantları – Cabir ƏmirxanlıŞəlalə Mansurovavə Elşən Bağırov iştirak etdilər. Magistrantlar 90 dəqiqə ərzində 50 sualı cavablandırdılar.

Qeyd edək ki, institutda təhsil alan magistrantlara bu semestrdən etibarən tədris olunan “Elmi tədqiqatların əsasları” fənninin tədris proqramında tələbələrə elm anlayışı, elmin sosial funksiyaları, inkişaf tarixi və elmi etika məsələlərinin təhlil edilməsi, elmi tədqiqatın növləri, metod və metodologiyaları, elmi-tədqiqat mövzusunun seçilməsi, tədqiqatın planlaşdırılması, hipotezin formalaşdırılması, elmmetriya və s. haqqında nəzəri biliklər öyrədilmişdir.

Həmçinin elmi informasiya mənbələri ilə işləmə texnologiyaları və akademik yazı qaydaları üzrə praktiki vərdişlər aşılanmış, tədqiqat mövzusuna dair icmal məqalənin hazırlanması üzrə məsləhətlər verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.