13.06.2017, 12:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 89

AMEA-nın magistraturasında təhsil alan tələbələr pedaqogika fənnindən imtahan verdilər

Bu gün AMEA-nın I kurs magistr tələbələri “Pedaqogika” fənnindən imtahan verdilər. Magistraturada təhsil alan tələbələrə ümumi fənnlər üzrə dərslərin tədrisi və imtahanların qəbulu AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir. İmtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

“Psixologiya və “Fəlsəfənin əsasları” fənnindən imtahanlar isə müvafiq olaraq 16 və 19 iyun tarixlərdə keçiriləcək. Qeyd edək ki, imtahanlarda AMEA-nın institutlarından ümumilikdə 57 nəfər iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.