15.09.2017, 12:30, Maraqlı məlumat

Oxunma sayı: 72

İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbulun nəticələri məlum olub

İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Qalib Sarayev 143 bal toplayaraq AMEA üzrə ən yüksək nəticə göstərib.

AMEA İnformasiya Texnologiyaları İnstitutuna 2017/2018-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249242 – Paylanmış sistemlər və şəbəkələr” və “249267 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə 2 yer ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavrı Aytən Məmmədova və Bakı Mühəndislik Universitetinin bakalavrı Qalib Sarayev qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanmışlar.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün AMEA-nın 17 institutuna 12 ixtisas üzrə 67 magistrant daxil olmuşdur.  Cari ildə AMEA-nın magistraturasına qəbul üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.