16.02.2017, 11:00, Mühüm hadisələr

Oxunma sayı: 207

İnstitutun Gənclər üçün Prezident Mükafatı laureatı AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, Gənclər üçün Prezident Mükafatı laureatı, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat“Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Fərmanı gənc alimə AMEA prezidenti, akademik Akif Əlizadə Fevralın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclasında  təqdim edib.  Tədbirdə, həmçinin daha 8 gənc alim akademiyanın Fəxri Fərmanları ilə təltif olunublar.

Qeyd edək ki, L.Suxostat AR Prezidenti İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Bu mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.