14.03.2017, 10:00, Maraqlı məlumat

Oxunma sayı: 69

Beynəlxalq “Pi” günü

Hər il 14 mart tarixi dünyanın ən qeyri-adi bayramlarından olan beynəlxalq “Pi” rəqəm günü kimi qeyd olunur.

Bu gün 1987-ci ildə ABŞ alimi Larri Şou tərəfindən təsis edilmişdir. Fizikin nəzərincə, tarix qeydiyyat sistemində (gün/ay) 14 mart - 3/14 və saat 1:59 Pi (3,14159) rəqəmləri ilə uyğun gəlir.

calend.ru saytının məlumatına görə, “Pi” rəqəmi çevrənin uzunluğunun onun diametrinə olan  nisbətini ifadə edən riyazi sabitdir və rəqəmli ifadədə π 3,141592... kimi başlanır. Biz artıq orta məktəbin aşağı siniflərində dairə və çevrəni öyrənməyə başlayanda bu qeyri-adi sayla rastlaşırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.