05.06.2018, 14:43, İmtahanlar, Kurslar

Oxunma sayı: 101

İnstitutun magistratura pilləsində sessiya imtahanları keçirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun magistratura pilləsində “Paylanmış sistemlər və şəbəkələr” ixtisası üzrə sessiya imtahanlarına start verilib.

Bu gün institutun magistrantı Aytən Məmmədova “Elmi tədqiqatların əsasları” fənnindən imtahan verib. O, 90 dəqiqə ərzində elm anlayışı, elmin sosial funksiyaları, inkişaf tarixi, elmi tədqiqatın növləri, tədqiqatın planlaşdırılması, elmmetriya və s. haqqında nəzəri biliklərə dair sualları cavablandırıb. 

Qeyd edək ki, 2 iyul tarixinədək davam edəcək sessiyada “Pedaqogika”, “Psixologiya”, “Fəlsəfə”, “İntellektual sistemlər” və digər fənnlər üzrə imtahanlar keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.