28.06.2018, 11:10, Mühüm hadisələr

Oxunma sayı: 195

İnstitut əməkdaşları üçün təşkil olunan ingilis dili kursu üzrə imtahanlar başa çatdı

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda əməkdaşlar üçün ingilis dili kursları təşkil olunmuşdur.

Fevral ayında başlanan kurslar həftədə 2 dəfə ingilis dilinin tədrisi, 1 dəfə danışıq dərsləri olmaqla keçirilmiş, kurs müddətində müxtəlif dərsliklər və faydalı veb-saytlardan istifadə olunmuşdur.

Kurslarda 41 əməkdaş (25-65 yaş arası) iştirak etmiş, onların onlayn imtahanda əldə etdikləri ballar əsasında 6 qrup (4 beginner, 1 elementary, 1 pre-intermediate) formalaşdırılmışdır. Layihənin təşkili üçün yüksək səviyyədə ingilis dili biliklərinə malik institut əməkdaşlarından ibarət müəllimlər komandası yaradılmışdır. Kurslar 4 ay ərzində ayda 12 saat (həftədə 3 dərs) olmaqla keçirilmişdir.

Bu yaxınlarda institut əməkdaşlarının əldə etdikləri biliklərin yoxlaması və yekun qiymətləndirmənin aparılması məqsədilə hər bir səviyyə üzrə imtahanlar keçirilmişdir. Nəticələrə əsasən, institut əməkdaşlarının bilikləri qənaətbəxş hesab olunmuş, kursu bitirmiş əməkdaşlara sertifikatlar təqdim olunmuşdur. Pre-intermediate səviyyəsi üzrə institutun baş mütəxəssisi Gülnar Paşayeva, elementary səviyyəsi üzrə institutun proqramçısı Həcər Əliyeva, beginner səviyyəsi üzrə isə institutun tərcüməçisi Samirə Mehraliyeva ən yüksək nəticə göstərmişlər.

Qeyd edək ki, kursların davam etdirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.