06.07.2018, 18:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 278

Naxçıvan Dövlət Universitetində informatika fənni üzrə distant formada doktorluq imtahanı keçirildi

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) iyun ayının 21-dən respublika üzrə doktorant və dissertantların informatika fənnindən doktorluq imtahanlarına start verilib. TİM-də bu imtahanlara hazırlıq məqsədilə təşkil olunmuş kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb. Ölkənin regionlarında yaşayan elmi tədqiqatçılar bu dərslərdə İnternet üzərindən distant formada iştirak ediblər.

İyulun 6-da Naxçıvan Dövlət Universitetində bu bölgədə yaşayan doktorant və dissertantların İnformatika fənnindən distant formada doktorluq imtahanı keçirildi. İmtahanda ümumilikdə AMEA Naxçıvan Bölməsindən və Naxçıvan Dövlət Universitetindən olan 11 doktorant və dissertant iştirak edirdi.

İmtahan prosesinə həm institutun Distant Tədris Mərkəzində video-müşahidə sistemi vasitəsilə onlayn olaraq, həm də qurumun Naxçıvana ezam olunmuş mütəxəssisləri tərəfindən yerində nəzarət olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.