17.09.2018, 16:00, Mühüm hadisələr

Oxunma sayı: 243

İnformasiya Texnologiyaları İnstitutunda magistrantların tədris ilinə start verildi

Məlumdur ki, AMEA prezidentinin 10 sentyabr 2015-ci il Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunmuşdur.

Cari ildə AMEA-nın magistraturasına qəbul üçün müsahibədə 1124 bakalavr iştirak etmiş, ümumilikdə 67 magistrant qəbul olmuşdur. 

Bu gün İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) 2018-2019-cu tədris ilində Akademiyada magistratura pilləsinə qəbul olunmuş magistrantlara xarici dil fənnindən ilk dərs keçirildi. Semestr ərzində keçiriləcək xarici dil fənni üzrə dərslər magistrantlara 4 alt qrup üzrə tədris olunacaq.

Qeyd edək ki, ümumi fənlər üzrə nəzəri və praktiki dərslər TİM-də peşəkar müəllimlər tərəfindən tədris edilir, semestr imtahanları isə elektron test üsulu ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.