30.10.2018, 15:30, İmtahanlar, Kurslar

Oxunma sayı: 200

Tədris-İnnovasiya Mərkəzində ekstern doktorluq imtahanları keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda müdafiə ərəfəsində olan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilib. İmtahanda 11 doktorant və dissertant iştirak edib.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) elektron test üsulu ilə aparılan imtahanların nəticələri imtahandan dərhal sonra məlum olub.

Minimum imtahanlarına hazırlıq məqsədilə TİM-də doktorant və dissertantlar üçün öncədən kurslar təşkil olunmuş, onlara informatikanın nəzəri və praktiki əsasları tədris edilmiş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır. 

Qeyd edək ki, respublikanın bütün doktorant və dissertantlarının informatika fənnindən doktorluq imtahanları bir qayda olaraq, hər il yanvar və iyun aylarında keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabr aylarında növbədənkənar imtahanlar təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.