30.11.2018, 17:11, Mühüm hadisələr

Oxunma sayı: 96

İnstitutun Tədris-İnnovasiya Mərkəzində Bakı Dövlət Universitetinin tələbələrinə təlim keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə “Müasir proqramlaşdırma dilləri” mövzusunda təlim keçirildi.

Məruzə ilə çıxış edən mərkəzin əməkdaşı, proqramçı Raqif İsmayılov hazırda daha çox populyar olan müasir proqramlaşdırma dilləri və onların təyinatı haqqında məlumat verdi.  

Məruzəçi C/C++, Java, Python, C#, JavaScript, PHP və s. proqramlaşdırma dillərinin geniş tətbiq olunduğunu söylədi və “Öyrənmək üçün hansı dili seçməliyəm?” sualının qarşıya qoyulan məqsəddən asılı olduğunu bildirdi.

R.İsmayılov proqramlaşdırma dillərinin müxtəlif parametrlərə görə klassifikasiya olunduğunu qeyd edərək, prosedur və obyektyönümlü proqramlaşdırma dilləri haqqında danışdı. Eyni zamanda, desktop proqramlaşdırma və veb proqramlaşdırma dilləri barədə məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.