06.12.2018, 00:00, Maraqlı məlumatlar

Oxunma sayı: 265

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

6 dekabr tarixi artıq 13 ildir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Bu tarix Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb. Beləliklə, Azərbaycan rabitəsinin 137 illik tarixi inkişaf yolu vardır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi rabitə və informasiya texnologiyaları sahəsində çalışan bütün işçiləri peşə bayramları münasibətilə təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.