07.01.2019, 16:50, İmtahanlar, Kurslar

Oxunma sayı: 196

Kompüter mühəndisliyi və informasiya texnologiyalarının müasir problemləri fənlərindən test imtahanı keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun magistrantları üçün “Kompüter mühəndisliyinin müasir problemləri” və “İnformasiya texnologiyalarının müasir problemləri” fənlərindən test imtahanı keçirilib.

İmtahanda institutun “Kompüter mühəndisliyi”, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “Kompüter sistemləri və şəbəkələri” ixtisasları üzrə təhsil alan magistrantları –  Əzizxan Sadıyev, Arzu Həsənli, Aygül Həsənli, Firəngiz Sadıyeva, Xəyalə Əhmədova  Ayşən Fərəcova iştirak ediblər. Magistrantlar 90 dəqiqə ərzində 50 sualı cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.