15.01.2019, 16:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 76

Fəlsəfə doktoru hazırlığı üçün ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 1 iddiaçı iştirak edirdi.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılmışdır. Komissiyanın sədri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, institutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun elmi katibi Mədinə Səidova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.