07.01.2019, 11:30, Maraqlı məlumat

Oxunma sayı: 247

“Windows 10” dünyada ən məşhur masaüstü əməliyyat sistemi olub

“Microsoft” şirkəti 2018-ci ildə dünyanın ən bahalı korporasiyasına çevrilib.  Ancaq bu, onun tək nailiyyəti deyil. Şirkətin yeni “Windows 10” əməliyyat sistemi (ƏS) dünyada ən məşhur masaüstü ƏS-i olub. O, populyarlığını artırmaqla yanaşı, “Windows 7” ƏS-ni də üstələyib. Bunun üçün “Microsoft” üç il yarım vaxt sərf edib. Hazırda “Windows 10” masaüstü ƏS-i bazarının 39,22% -nə sahibdir.

3dnews.ru saytının məlumatına əsasən, bu gün masaüstü kompüterlər, tablet, smartfon və “Xbox One” markalı oyun konsolları da daxil olmaqla 700 milyondan çox cihaz “Windows 10” əməliyyat sistemi üzərində işləyir. Eyni zamanda qeyd edək ki, 14 yanvar 2020-ci ildən etibarən şirkət “Windows 7”nin dəstəklənməsini dayandırır. Buna görə də, “Microsoft” üçün böyük korporasiya və fərdi istifadəçilərin “Windows 10”a keçməsi vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.