12.03.2019, 16:00, Maraqlı məlumat

Oxunma sayı: 92

“Ümumdünya Hörümçək Toru”nun yaradılmasından 30 il ötür

“Ümumdünya Hörümçək Toru” Tim Berners-Li tərəfindən 1989-cu il martın 12-də yaradılıb.

Martın 12-də “Google”un axtarış xidmətinin əsas səhifəsində yerləşdirilmiş yeni “Doodle” (“Google”un ana səhifəsində bayram, hadisə və ya şəxsin xatirəsinə həsr olunmuş loqo) “Ümumdünya Hörümçək Toru”nun 30 illiyinə həsr edilib.

life.ru saytının məlumatına əsasən, Tim Berners-Li “Ümumdünya Hörümçək Toru”nun yaradılması zamanı öncə tipləşdirilmiş istinadlardan ibarət böyük hipermətn məlumat bazası yaratmağı planlaşdırıb. “Mesh” adlandırılacaq layihə CERN-də bir neçə kompüter arasında informasiya mübadiləsinə kömək etməli idi.

Nəticədə Berners-Li “HTML” dili, həmçinin “HTTP” və “WorldWideWeb.app” proqramlarını yazaraq blok-sxemi adi modelə çevirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.