05.04.2019, 10:35, Maraqlı məlumat

Oxunma sayı: 50

“Microsoft” şirkəti virtual fərdi kompüterlər təqdim edib

“Microsoft” şirkəti uzun müddətdir ki, klassik fərdi kompüterlərə alternativ hazırlayır. Bu yaxınlarda adi kompüterlərin tədricən aradan çıxmasına səbəb olacaq virtual fərdi kompüterlərin (Windows Virtual Desktop) beta-versiyası təqdim edilib.

3dnews.ru saytının məlumatına görə, “Windows Virtual Desktop” sistemi “Windows” 7 və 10-u, “Office 365 ProPlus” əlavəsini və s. virtuallaşdırır. Bunun üçün “Azure” bulud sistemi istifadə olunur. Gözlənildiyi kimi, cari ilin payız aylarında yeni xidmətə abunəlik mümkün olacaq.

“Windows Virtual Desktop” “Windows 7” üzrə genişləndirilmiş dəstəyin dayandırılmasını nəzərə alaraq hələ ki, biznes üçün həll kimi planlaşdırılır. Lakin şirkətin gələcəkdə adi istifadəçilər üçün də analoq təqdim edəcəyi istisna edilmir.

Ehtimal olunur ki, istifadəçilər tədricən “Chrome OS” və ya “Windows Lite” əməliyyat sistemləri əsasında işləyən yığcam və yüngül qurğu-terminallardan istifadə edəcək. Bütün emal prosesi isə, şirkətlərin güclü serverlərində yerinə yetiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.