03.06.2019, 12:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 51

İnstitutun magistrantlarının sessiya imtahanlarına start verildi

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verildi. İnstitutun Tədris-İnnovasiya Mərkəzində “Elmi tədqiqatların əsasları” fənnindən keçirilən imtahanda “Kompüter mühəndisliyi”, “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə təhsil alan 6 magistrant iştirak edirdi.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 7 may 2019-cu il tarixli sərəncamına əsasən, magistrantların 2018/2019-cu tədris ili üzrə yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.

Növbəti – “İntellektual sistemlər”, “Kriptoqrafiya”, “Kompüter şəbəkələrinin təhlükəsizliyi”, “Veb-proqramlaşdırma dilləri” fənlərindən imtahanların 7, 10 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.