13.06.2019, 12:10, İmtahanlar, Kurslar

Oxunma sayı: 69

AMEA-nın magistrantları psixologiya fənnindən imtahan veriblər

2018/2019-cu tədris ilində AMEA-nın magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb. AMEA Prezidenti, akademik Akif Əlizadənin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın I kurs magistrantları TİM-də “Psixologiya” fənnindən imtahan veriblər. İmtahanlarda AMEA-nın institutlarından ümumilikdə 64 nəfər iştirak edib.

Qeyd edək ki, “Fəlsəfənin əsasları” və “Pedoqogika” fənnindən imtahanlar isə müvafiq olaraq 18 və 21 iyun tarixlərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.