29.11.2019, 17:17, Seminarlar, İclaslar

Oxunma sayı: 56

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda V respublika konfransı öz işinə seksiya iclasları ilə davam edib

Bu gün keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda V respublika konfransı“Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktiki problemləri” bölmələri üzrə seksiya iclasları ilə davam etdirildi. İclaslarda “Böyük həcmli fərdi məlumatların analizi üçün iterativ çəkili k-means alqoritmi”, “Kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsi məsələləri”, “Akustik kanallarla ötürülən nitq informasiyasının təhlükəsizliyinin bəzi vibroakustik mühafizə metodları haqqında”, “Veb spamlarla mübarizədə istifadə olunan link və kontent analizə əsaslanan metodlar haqqında”, “Kütləvi media resurslarında fərdi məlumatların mühafizəsi problemləri”, “Sosial kredit sistemində fərdi məlumatların idarə edilməsi problemləri”, eləcə də “Milli mentalitetdə fərdi məlumatların yeri və rolu”, “Buludlarda fərdi məlumatların mühafizəsi və gizliliyin qorunması problemləri”, “Hüquqi informatikanın formalaşdırılması məsələləri fərdi məlumatların mühafizəsi kontekstində”, “Elektron universitet subyektlərinin məlumatlarının bulud mühitində mühafizəsi problemləri”, “İnternetdə fərdi məlumatların təhlükəsizliyinin monitorinqi problemləri” və s. mövzularda məruzələr təqdim olundu. Bununla yanaşı, “Proqramlar vasitəsilə fərdi məlumatların qorunması üsullarının araşdırılması”, “Industry 4.0 konsepsiyası əsasında reallaşdırılan sistemlərdə fərdi məlumatların mühafizəsi haqqında”, “Korporativ elektron poçt sistemində təhlükəsizlik məsələləri”, “Mobil istifadəçilərin təhlükəsizliyi məsələləri”, “İnternet-reklam və marketinq fəaliyyətində fərdi məlumatların təhlükəsizliyi”, “Fərdi məlumatların qorunması üçün proqram vasitələri haqqında”, “Etik hakinq metodlarının analizi” mövzularında təqdim olunan məsələlər üzrə müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.