09.01.2020, 10:16, İmtahanlar, Kurslar

Oxunma sayı: 24

AMEA-nın magistrantlarının sessiya imtahanlarına start verildi

Məlumdur ki, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın magistrantları TİM-də ingilis dili fənnindən imtahan veriblər. 6 qrup üzrə keçirilən imtahanlarda AMEA-nın institutlarından ümumilikdə 121 nəfər iştirak edəcək.

Qeyd edək ki, imtahanlar iki gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.