Ana səhifə->AMEA-nın magistrlərı

AMEA-nın MAGİSTRLƏRİ ÜÇÜN TƏDRİS

 

AMEA-nın Prezidentinin  480 saylı 10 sentyabr 2015-ci il Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara aşağıda qeyd olunmuş fənlər üzrə dərslərin tədris olunması və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir: 

 

Fənnin kodu Fənlərin adı Fənnin tədrisi nəzərdə tutulan
semestr (payız və ya yaz)
MHF-B00 HUMANİTAR VƏ SOSİAL - İQTİSADİ FƏNLƏR  
MHF-B01 Xarici dil P - 1
MHF-B02 Ali məktəb pedaqogikası Y - 2
MHF-B03 Psixologiya Y - 2
MHF-B04 Seçmə fənlər:
a) Fəlsəfə
b) İqtisadiyyat
Y - 2

 

u Bu sərəncama əsasən 15 sentyabr 2015-ci ildən etibarən AMEA-nın magistratura pilləsinin ümumi və seçmə fənlər üzrə nəzəri və praktiki dərslərin tədrisi institutun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir;

u “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin magistratura təhsili ilə bağlı qəbul etdiyi normativ-hüquqi sənədlərə uyğun olaraq hazırlanmış tədris proqramı əsasında aparılır;

u İmtahanlar elektron test üsulu ilə həyata keçirilir;

u İmtahanların nəticələri haqqında məlumatlar hesabat şəklində AMEA Rəyasət Heyəti aparatının  Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinə təqdim edilir.