Ana səhifə->Olimpiadalar

ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ ARASINDA İNFORMATİKA ÜZRƏ
ÜMUMRESPUBLİKA OLİMPİADASI

 

Heydər Əliyev Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 2007-ci ildən başlayaraq hər il “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” təşkil olunur.

 

2007-ci il – Seçmə mərhələsi

 

Beynəlxalq olimpiadaların formatına uyğun keçirilən bu olimpiada komandaların yarışmasıdır. Hər komandada 3 nəfər tələbə təmsil olunur. Yarış zamanı hər komandaya 1 kompüter ayrılır və 5 saat ərzində əvvəlcədən müəyyən edilmiş sayda məsələni həll etmək tapşırığı verilir. Məsələlərin həllinin yoxlanılması və qiymətləndirilməsi üçün beynəlxalq olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə Sistemindən istifadə olunur. Komandalar məsələlərin həllini müəyyən olunmuş proqramlaşdırma dillərindən birində yazırlar və proqramın mətnini yoxlamaq üçün serverə göndərirlər. Sistem məsələnin həllini dərhal yoxlayır və nəticənin səhv və ya düz olması barədə məlumatı serverdən iştirakçının (komanda) kompüterinə göndərir. Bu sistem, yarış iştirakçıları tərəfindən göndərilən həll edilmiş məsələləri yoxlamaq və nəticəni onlara bildirməklə yanaşı, avtomatik olaraq həll edilmiş məsələlərin hesabatını aparır, balları hesablayır və iştirakçı komandaların reytinqini tərtib edir. Eyni zamanda, olimpiada vaxtı komandalar digər komandaların nəticələr cədvəlinə baxa bilirlər.

 

Olimpiadanın keçirilməsində məqsəd:

 

u Gənclərin İKT hazırlığının inkişaf etdirilməsi;

u Proqramlaşdırmaya marağın artırılması;

u Proqramlaşdırma sahəsində istedadlı və qabiliyyətli gənclərin aşkara çıxarılması;

u Beynəlxalq olimpiadalarda iştirak etmək üçün komandaların seçilməsi;

u İnformatika və Proqramlaşdırma üzrə keçirilən Beynəlxalq Olimpiadalara hazırlıqdan və s. ibarətdir.

 

Olimpiada iki mərhələdə keçirilir: seçmə və final mərhələsi.  

 

Olimpiada beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “IOI” (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydalarına uyğun olaraq həyata keçirilir. Qaydalara əsasən, I mərhələdə hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır.

 

 

Bu olimpiadaya qoşulan komandaların sayı ilbəil artır.

 

 

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

Universitetlərin sayı

27

14

7

10

10

15

13

8

16

22

24

25

Komandaların sayı

24

33

31

42

47

45

48

49

55

55

52

62

 

 

Ənənəvi olaraq, qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, habelə olimpiadanın keçirilməsində sponsorluq edən şirkətlərin qiymətli hədiyyələri ilə mükafatlandırılırlar.