Ana səhifə->Mərkəzin əsas nailiyyətləri

MƏRKƏZİN ƏSAS NAİLİYYƏTLƏRİ

  • - 2003-2017-ci illər ərzində 18 min nəfərə yaxın doktorant və dissertant üçün informatika fənnindən kurslar təşkil edilmiş və imtahan qəbul olunmuşdur;

  • - AMEA-nın Gəncə, Naxçıvan bölmələrində və Naxçıvan Dövlət Universitetində İnstitutun Distant Tədris Mərkəzinin filialları yaradılmışdır. Həmin bölgələrdə yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara İnformatika fənninin tədrisi və həmin fənn üzrə doktorluq imtahanlarının qəbulu test texnologiyaları əsasında İnternet üzərindən distant formada həyata keçirilir;

  • - Bir sıra nazirlik, komitə və müəssisələrin (AR Auditorlar Palatası, AR Müdafiə Sənayesi Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, AzərTAC, AR Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Sağlam ailə” Tibb Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s.) əməkdaşları üçün müxtəlif proqramlar üzrə kurslar təşkil edilmişdir;
  • - Qazax, Ağstafa, Mingəçevir, Şirvan, Hacıqabul, İsmayıllı, Qax, Balakən, Şəki, Zaqatala və s. rayonlarında yerləşən bir sıra Kompüter Tədrisi Mərkəzlərinə metodiki dəstək göstərilmiş, eyni zamanda, həmin mərkəzlərdə tədris alan 2000 nəfərə yaxın dinləyicinin biliklərinin yoxlanılıb sertifikatlaşdırılması işləri həyata keçirilmişdir;
  • - Müxtəlif illərdə mərkəzin əməkdaşları tərəfindən respublikanın bir sıra rayonlarında (Goranboy, Tərtər, Qax, Ağstafa, Göyçay, Astara və s.) məktəb müəllimləri üçün kompüter kursları təşkil olunmuş və onların biliklərinin sertifikatlaşdırılması işləri həyata keçirilmişdir;

  • - Vətəndaşların kompüter savadının artırılması məqsədi ilə həyata keçirilən innovativ layihə çərçivəsində 2008-ci ildə “İTV” kanalı, 2010-2011-ci illərdə isə “Günaz.tv” peyk televiziyası vasitəsi ilə tele-dərslər keçilmişdir;
  • - Mərkəz H.Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 2007-ci ildən başlayaraq hər il keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın təşkilində yaxından iştirak edir və qaliblərin beynəlxalq olimpiadaya hazırlaşdırılmasına dəstək göstərir;

  • - Mərkəzin innovativ layihəsi çərçivəsində 2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə  “İnformasiya cəmiyyətinin əsasları” kursu tədris edilmişdir;
  • - AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli ““Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” qərarına əsasən yaradılmış Wiki-Mərkəz tərəfindən wiki-kurslar tədris edilmişdir; 

  • - Ölkə üzrə doktorant və dissertantların anket məlumatlarını özündə əks etdirən “Tədris-İnnovasiya Mərkəzi” informasiya sistemi yaradılmışdır;
  • - “Tədris-İnnovasiya Mərkəzi” informasiya sistemində doktorant və dissertantlar haqqında toplanmış məlumatların statistik analizi əsasında ölkədə elmi kadr hazırlığının vəziyyətini əks etdirən məcmuə hazırlanmışdır.