Ana səhifə->Doktorant və dissertantlar üçün tədris

DOKTORANT VƏ DİSSERTANTLAR ÜÇÜN TƏDRİS

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 25 oktyabr 2002-ci il tarixli 06 saylı, 16 dekabr 2002-ci il tarixli 17 saylı qərarlarına, həmçinin AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli 2/5 saylı qərarına əsasən respublika üzrə bütün elm və təhsil müəssisələrinin doktorant və dissertantları üçün "İnformatika" fənni üzrə müntəzəm fəaliyyət göstərən kursların təşkili və doktorluq imtahanının qəbulu AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir. 

  • Bu qərarlara əsasən 1 mart 2003-cü ildən etibarən doktorant və dissertantlara "İnformatika" fənninin tədrisi institutun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir.
  • Dərslər AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş tədris proqramı əsasında aparılır.
  • Doktorant və dissertantlar haqqında olan bütün məlumatlar (məktublar, anketlər, imtahan protokolları və s.) “Tədris-İnnovasiya Mərkəzi” İnformasiya Sisteminin verilənlər bazasında saxlanılır. Bu məlumatlar respublikada elmi kadr hazırlığının vəziyyəti ilə bağlı müəyyən təhlillər aparmağa imkan verir.
  • İmtahanlar elektron test üsulu ilə həyata keçirilir.
  • İmtahanların nəticələri haqqında məlumatlar hesabat şəklində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına və AMEA Rəyasət Heyətinə təqdim edilir.

İmtahanların və dərslərin qrafiki

"İnformatika" fənni üzrə doktorluq imtahanlarının qəbulu aşağıdakı müddətlərdə həyata keçirilir:

  • 5 yanvar - 30 yanvar;
  • 15 aprel – 30 aprel;
  • 15 iyun - 15 iyul;
  • 15 oktyabr - 30 oktyabr.
  •  
  • İmtahan vermək istəyən doktorant və dissertantlar üçün Tədris-İnnovasiya Mərkəzində xüsusi kurslar təşkil olunur və kurslarda iştirak vacibdir. 
  • Əvvəlki sessiyalarda kurs keçib imtahan verməyən və ya imtahan verib qeyri-məqbul qiymət almış doktorant və dissertantlar kurs keçmədən imtahan verə bilərlər.
  • Aprel və oktyabr aylarında keçirilən imtahanlar müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün nəzərdə tutulub.

Doktorant və dissertantlar üçün kurslar onların informatika üzrə bilik səviyyəsindən asılı olaraq 3 ay, 1 ay və ya 15 gün müddətində təşkil olunur:

 Müddət

 Payız sessiyası

 Yaz sessiyası

 3 aylıq kurs

 15 sentyabr – 15 dekabr

 1 fevral – 30 aprel

 1 aylıq kurs

 1 dekabr – 30 dekabr

 1 may – 30 may

 15 günlük kurs

 5 yanvar – 20 yanvar

 1 iyun – 15 iyun

 

Dərslər 90 dəqiqə olmaqla həftədə 3 dəfə keçilir ki, onlardan 1-i mühazirə, 2-si isə praktiki məşğələdir;

Dərslər və imtahanların qəbulu azərbaycan və rus dillərində aparılır.

Lazımi sənədlər və qeydiyyat

Doktorant və dissertantlar İnformatika fənni üzrə təşkil olunmuş kurslarda iştirak etmək və doktorluq imtahanı vermək üçün İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində qeydiyyatdan keçməlidirlər. Qeydiyyat proseduru aşağıdakı kimidir:

  • Respublikanın elm və təhsil müəssisələrinin rəhbərliyi tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə rəsmi məktubla müraciət edilməlidir. (Məktub – Nümunə);
  • Məktubda adları qeyd edilən doktorant və dissertantlar Tədris-İnnovasiya Mərkəzində onlara təqdim edilən xüsusi anket formasını doldurmalıdırlar; (Anket-Nümunə):

Anketə əlavə olaraq 1 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil tələb olunur;

  • İnformatika fənni üzrə kurslar - Tədris-İnnovasiya Mərkəzinin maddi-texniki bazasının gücləndiriıməsi, müəllimlərin və tədris prosesi ilə məşğul olan digər əməkdaşların əmək haqlarına əlavələrin ödənilməsi məqsədilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı ödənişləri elmi müəssisələr tərəfindən və ya doktorant və dissertantlar tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutunun bank hesabına köçürülür.