Ana səhifə->Ümumi məlumat

ÜMUMİ MƏLUMAT

Yaranma tarixi və strukturu

İnstitutun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildə yaradılmışdır və üç sektordan ibarətdir: Doktorant və dissertantlarla iş sektoru, Tədrisin təşkili sektoru və Layihələrin idarə edilməsi sektoru. Bunlardan başqa, Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz.

Kadr təminatı

Mərkəzin rəhbəri: Rəsmiyyə Mahmudova

Hazırda mərkəzdə pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən artıqdır. Bunlar institutun elmi işçiləri və İT  üzrə yüksək ixtisaslı mütəxəssislərdir. 

Mərkəzin maddi-texniki təminatı və tələbələrə yaradılmış şərait 

Mərkəz institutun 1-ci mərtəbəsində yerləşir və 11 otaqdan ibarətdir.

  • - Mərkəz 60-a yaxın müasir tipli kompüter, proyektor, çap qurğusu və digər texniki avadanlıqlarla təmin olunmuşdur;
  • - Bütün kompüterlərin İnternetə fasiləsiz çıxışı təmin edilmişdir;
  • - Dərs otaqlarında interaktiv elektron lövhələrdən istifadə olunur;
  • - Mərkəzdə tədris olunan dərslərin keyfiyyətinə nəzarət etmək üçün videonəzarət sistemi mövcuddur;
  • - Mərkəzin daxili televiziyası fəaliyyət göstərir. Burada mütəmadi olaraq mərkəzin fəaliyyəti və təklif olunan xidmətlər,  eləcə də İKT yenilikləri, təhsil xəbərləri, tədrisdə tətbiq olunan yeni texnologiyalar və s. barədə məlumatlar verilir;

Mərkəzin əsas fəaliyyət istiqamətləri

- Respublika üzrə bütün doktorant və dissertantlara İnformatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu;

- Regionlarda yaşayan doktorant və dissertantlara internet üzərindən distant formada İnformatika fənninin tədrisi və imtahanların qəbulu;

- İnstitutun doktorant və dissertantlarının ixtisas fənnindən imtahanlarının təşkili;

- İnstitutun magistrlərinin ixtisas fənlərindən dərs və imtahanların təşkili;

- AMEA-nın institut və təşkilatlarında doktorant və dissertantların ixtisas imtahanlarının test üsulu ilə keçirilməsi işinin təşkilinə dəstək göstərilməsi;

- AMEA-nın magistrlərinə ümumi fənnlərin tədrisi və imtahanların qəbulu;

- Müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün  informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili;

- Ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstək göstərilməsi;

- İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsi;

- İnformasiya texnologiyaları sahəsində biliklərin sertifikatlaşdırılması.