Oxunma sayı: 203

Mehdiyev Şakir

Şakir Ağacan oğlu Mehdiyev 1957-ci ildə anadan olmuşdur. 

1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası ilə bitirmişdir. 

1979-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifəsində çalışmışdır. 

1985-1992-ci illərdə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində böyük mühəndis və qrup rəhbəri vəzifəsində işləmişdir. 

1992-1997-ci illərdə Azərbaycan Texniki Universitetinin “Elektrik rabitəsi” kafedrasında baş müəllim işləmişdir. 

5 elmi əsər və 7 ixtiranın müəllifidir. 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

Hazırda institutun ümumi işlər üzrə direktor müavini və fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarını artıran praktiki və təcrübi işləri aparan şöbənin rəhbəri vəzifəsini icra edir. 

Xidməti tel.: (994 12) 5399693
Ev tel.: (994 12) 4326168
Mobil tel.: (994 55) 7302206
Elektron poçtu:  manager@iit.science.az