Oxunma sayı: 220

Mahmudova Şəfaqət

    Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir.

  1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur.

  1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir.

  Müxtəlif təyinatlı “Poliklinika”, “Təhsil” verilənlər bazası idarəetmə sistemləri, “Kadrlar” və “Tədris-İnnovasiya Mərkəzi” korporativ informasiya sistemləri, "Tanınma" avtomatlaşdırılmış identifikasiya sistemi, “Layihələrin qeydiyyatı" informasiya axtarış sistemi, İnformasiya Texnologiyaları Problemləri və İnformasiya Cəmiyyəti Problemləri jurnalları üzrə “Qeydiyyat-Jurnal” informasiya axtarış sistemi hazırlamış və istismara vermişdir.

   Ş. Mahmudova “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə 3338.01 - "sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

  Hazırda "Fotoportretlər əsasında insan sifətinin irqi mənsubiyyətinin müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi" mövzusu üzrə elmi tədqiqatlarla məşğuldur.

   38 elmi məqalə və 39 tezisin müəllifidir. Bunların 41-ı beynəlxalq elmi mətbuatda dərc edilmişdir.

   1998-ci ildən 2011-ci ilədək Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsində “İnformatika” fənnini tədris etmişdir.

   Ş.C.Mahmudova International Journal of Intelligent Information Prosessing (IJIIP)

 Communications jurnallarının və Gconference.NET portalının redaksiya heyətinin üzvü seçilmişdir. 

   The International Association for Pattern Recognition (IAPR)-nın və American Association for Science and Technology (AASCIT) üzvüdür. 

   Ş.C.Mahmudova "Pattern Recognition", "International Journal of Automation and Power Engineering (IJAPE)", 
Journal of Control Engineering and Technology (JCET) və "British Journal of Applird Science & Technology" jurnallarına rəyçi (review) seçilmişdir. 

   2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

   İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

   Hazırda institutun layihə baş mühəndisi vəzifəsində çalışır.

 

  Elmi əsərləri haqqında məlumat.

Xidməti tel: (994 12) 5398719
Ev tel: (994 12) 5688847
Mobil tel: (994 50) 3828848
Elektron poçtu: depart9@iit.science.azshafagat_57@mail.ru