Oxunma sayı: 182

Ələkbərova İradə

İradə Yavər qızı Ələkbərova 1962-ci ildə anadan olmuşdur. 

1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsini bitirmişdir və təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 

Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiya sisteminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır. 

Azərbaycanın milli maraqlarının virtual məkanda qorunması və təbliği ilə bağlı problemlərin həlli, Azərbaycan Respublikasına qarşı aparılan informasiya müharibəsi texnologiyalarının araşdırılması məsələləri ilə məşğuldur. 

42-dən artıq məqalənin müəllifidir. Onlardan 24-ü elmi mətbuatda dərc edilmişdir. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

Hazırda institutda sektor müdiri vəzifəsində çalışır.  
 

Elmi əsərləri haqqında məlumat.

Xidməti tel.: (994 12) 5399562
Ev tel.: (994 12) 4286607
Mobil: (994 504259188
Elektron poçtu: airada.09@gmail.comirada@iit.science.az