Ana səhifə->Kurslar

Java

Oxunma sayı: 767

Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur. Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur.

Kurs haqqında: Siz, Java SE təlimini bitirdikdən sonra obyektyönümlü proqramlaşdırmanın əsaslarını öyrənmiş olacaq və Java dilində sərbəst şəkildə proqramlar yazmağı bacaracaqsınız. Bununla da Java EE versiyasını öyrənmək üçün baza biliklərinə də yiyələnmiş olacaqsınız.

Sertifikat: Tədrisin sonunda İmtahanın nəticəsindən asılı olaraq həmin şəxsə sertifikat verilir.

 

Java SE təlimində nələr öyrənəcəksiniz?

- Java dili və onun imkanları; 

- Java dilinin əsasları;

- Obyektyönümlü proqramlaşdırma: əsas anlayışlar;

- İdarəetmə instruksiyaları;

- String və Array tipləri;

- Paketlər;

- Kompozisiya və vərəsəlik;

- İnterfeyslər;

- İstisnalar;

- JDBC;

- Kolleksiyalar və ümumiləşdirmə;

- Java dilinin əlavə imkanları.