Ana səhifə->Kurslar

C/C++/C#

Oxunma sayı: 249

C proqramlaşdırma dili Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa zamanda məşhurlaşmış və proqramçıların ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-hazırda ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi (kernel) C dilində yazılmışdır.

C++ dili C dilindən sonra Bern Straustrup (Bjarne Stroustrup) tərəfindən yaradılmışdır. C-dən ən başlıca fərqi ondadır ki, C++ obyekt-yönümlü (Object Oriented) proqramlaşdırma dilidir. Bu da müasir proqramlaşdırmada ən vacib anlayışlardandır. Praktiki olaraq C++ dilində həm sistem üçün, həm də digər məqsədlər üçün proqramlar yazmaq mümkündür. Bizə çox tanış olan Mozilla FireFox, MS Word, MS Excel, Notepad, Paint və s. proqramların hamısı C++-da yazılmışdır. Lakin, C++-da verilənlər bazaları (database) ilə işləyən proqramları yazmaq o qədər də rahat deyil. Məsələ burasındadır ki, verilənlər bazaları ilə işləyən proqramların təyinatı bazada olan verilənlərlə işləməkdir. Bir çox hallarda bu cür proqramlarda sürət faktoru bir o qədər rol oynamır. Çünki, sürət daha çox verilənlər bazası idarə etmə sistemlərindən (DBMS – Database Management System) asılı olur. Utilitlərin yazılmasında ən çox istifadə olunan dil C++ dilidir. 

C#-da yazılmış proqramın işləməsi üçün .NET Framework lazımdır. .NET framework Microsoft şirkəti tərəfindən hazırlanır. Hal-hazırda yalnız Windows əməliyyatlar sistemi üçün olan versiyası mövcuddur. Lakin .NET Framework-un klonu olan MONO Project adlı bir layihə mövcuddur və onun vasitəsilə yazılmış proqramlar bir çox əməliyyatlar sistemində işləyir. Deməli, Java və C#-da proqram yazarkən, platforma haqqında fikirləşmirik və bu işimizi çox asanlaşdırır. Bundan əlavə, bu texnologiyalar vasitəsilə bir çox VBİS-lərə qoşulmaq üçün modullar mövcuddur. Bu da VBİS-i seçərkən bir çox məhdudiyyətləri aradan qaldırır. Digər üstünlüklərə tiplərin asan çevrilməsi, unicode dəstəyi, şəbəkələrlə iş və s. misal ola bilər. Beləliklə, böyük sistemlər yaradarkən bu texnologiyaların tətbiqi daha məqsədəuyğundur. Çünki, bu texnologiyalardan istifadə etməklə proqram yazarkən demək olar ki, məsələnin məğzindən başqa digər problemlərin “qayğı”sına qalmağa ehtiyac qalmır. Bir çox bank sistemləri, hava limanlarında qeydiyyat və s. sistemlərini yaradarkən proqramlaşdırma texnologiyası kimi bu texnologiyalara üstünlük verilir.

 

Tədris proqramı - C# proqramlaşdırma dili

 

 1. Proqramlaşdırmaya giriş

 17. Konstruktor

 2. Console applicationda proqramların yaradılması

 18. İnkapsulyasiya

 3. Tiplər

 19. Törəmə və Polimorfizm

 4. Tiplərin çevrilməsi

 20. Ümumiləşmələr

 5. String tipinin metodları

 21. Deleqatlar

 6. İf else konstruksiyası

 22. Windows kalkulyatorun hazırlanması

 7. Riyazi əməliyyatlar math klası

 23. Linq

 8. For while konstruksiyası

 24. Verilənlər bazası ilə iş

 9. Metodlar

 25. T-Sql

 10. Massivlər

 26. Sql serverdə bazanın yaradılması və redaktə edilməsi

 11. .Net framework axritekturası

 27. Sql serverin adminstrativ idarə edilməsi

 12. Əlçatma modifikatorları

 28. Ado.net

 13. Səhvlərin emalı Try catch funksiyası

 29. Entity framework-a giriş

 14. Form alətləri

 30. Lambda ifadələr

 15. Kolleksiya

 31. DLL- in konfiqurasiyası

 16. İnterfeys

 32. Xml