Ana səhifə->Kurslar

Pascal

Oxunma sayı: 702
Pascal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir.
Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir.
Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir.
Pascal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir. Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür.
1. Pascal dilinin sintaksisi çox sadə və asan başa düşüləndir.
2. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
3. Paskalda istənilən proqramı yazmaq olar.
4. Paskal dili OOP dillər sırasına daxildir.
 
 
 
Tədris proqramı
 
 
1. Proqramlaşdırma dilləri haqqında ümumi məlumat. Turbo Pascal dilinin əsas anlayışları. Giriş-çıxış və mənsubetmə operatorları.
2. Verilənlərin tipləri. Tam və həqiqi ədəd tipləri. Riyazi operatorlar.
3. DIV, MOD operatorları. Char və String tipləri. Ord, Chr operatorları. 
4. Budaqlanan proqramlar. IF-THEN-ELSE şərt operatorları. Boolean tipi. Müqayisə operatorları. Odd operatoru.
5. Const anlayışı. String prosedur və funksiyaları.
6. Şərhlər. Dövrü proqramlar. FOR-TO-DO və FOR-DOWNTO-DO parametrli dövr operatorları. 
7. Ədədlərin formatlı yazılması. CASE-OF seçim operatoru. Xəta Mesajları. Kompilyasiya və çalışma xətaları.
8 Ön şərtli REPEAT-UNTIL və son şərtli WHILE-DO dövr operatorları
9. Bir ölçülü və iki ölçülü massivlər. ARRAY tipi. 
10. TYPE anlayışı. Set tipi. İstifadəçi tipləri. Str və Val operatorları.
11. Record tipi. WITH-DO birləşdiricisi.
12. Turbo Pascal proqramlaşdırma mühiti. Pəncərənin əsas menyuları və qısayol düymələri.
13. Ekran Operatorları - CRT modulu.
14. Qrafik Operatorlar- GRAPH modulu -1
15. Qrafik Operatorlar- GRAPH modulu -2
16. Əməliyyat sisteminin operatorları - DOS modulu
17. Fayllarla iş. Mətn Faylları
18. Fayllarla iş. Tipli Fayllar -1
19. Fayllarla iş. Tipli Fayllar -2
20. Alt proqramların hazırlanması. Prosedurlar
21. Alt proqramların hazırlanması. Funksiyalar
22. UNIT'lər və onların hazırlanması
23. Sıralama Metodları
24. Axtarış Metodları