Ana səhifə->Kurslar

XML

Oxunma sayı: 376

XML - ing. <eks-em-el> (Extensible Markup Language – genişlənəbilən nişanlama dili) – World-Wide Web sənədlərini formatlaşdırmaq üçün metadil, SGML dilinin altçoxluğu. Con Bosak’ın (Jon Bosak) rəhbərliyi altında işlənib hazırlanıb və 1998-ci ildə W3C tərəfindən təklif olunub. XML verilmiş mövzu sahəsinin sənədlərinin spesifikasını nəzərə alan nişanlama dilləri yaratmağa imkan verir (məsələn, MathML, XLink, SMIL, XSL və s.). Hal-hazırda bir çox proqram, digər proqramlarla məlumat mübadiləsini XML formatı üzərindən etməkdədir. Bundan başqa XMLi əsas format olaraq istifadə tətbiqlərə, məlumat tabanlarına rast gəlmək mümkündür. Microsoft 'un inkişaf etdirdiyi .NET texnologiyasında istifadə edilən DataSet obyektləri XML formatındadır. Bundan başqa, XML, ofis tətbiqlərinin alt quruluşu halına gətirilmişdir. Məzmunun, sənəd quruluşunun və şəklin bir-birindən ayrı ələ alınması XMLi Verilənlər bazasının idarəetmə sistemləri ideal formatı halına gətirmişdir.