Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.)
Kurs haqqında: MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Sizə Word proqramının peşəkar tədrisini təklif edirik. Təlim dövrü ərzində siz bu proqramın bütün imkanlarını öyrənəcək və öyrəndiklərinizi praktiki olaraq tətbiq edəcəksiniz. Təlim müddətində işgüzar məktubların, sənədlərin, hesabatların, broşuraların və s. tərtibində qısa qeydlərdən tutmuş mürəkkəb yazılara qədər bütün incəliklər tədris ediləcək. Tədris təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.
Sertifikat: Tədrisin sonunda İmtahanın nəticəsindən asılı olaraq həmin şəxsə sertifikat verilir.
Tədris proqramı
1. Word ilə ilkin tanışlıq və Home paneli
2. Şriftlə və paraqrafla bağlı tənzimləmələr, üslublar və dəyişiklik qrupuna daxil olan əmrlər
3. İnsert paneli
4. Design paneli
5. Mail göndərmə və Review paneli
6. Görünüşlə və çapla bağlı tənzimləmələr