Ana səhifə->Kurslar

Excell

Oxunma sayı: 437

Microsoft Excel - hər cür hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutulmuş tətbiqi proqramdır. Proqram 30 sentyabr 1985-ci ildə Microsoft kompaniyası tərəfindən yaradılmış və Microsoft Windows, Windows NT və Mac OS sistemləri üçün nəzərdə tutulmuşdur. Bu proqramın Windows versiyası 1987-ci ilin noyabr ayında yaradılmışdır. Bu tip proqramları elektron cədvəllər də adlandırırlar.

Kurs haqqında:  Sizə Excel proqramının peşəkar tədrisini təklif edirik. Bu kurslarda iştirak edən əməkdaşlar iş dünyasının əksər subyektlərinin (HR, Mühasib, Marketoloq, Maliyyəçi, Mühəndis, Satış mütəxəssisi, Dövlət qulluqçuları və s.) istifadə etdiyi Excel proqramını peşəkar səviyyədə öyrənəcəklər. Bu sahədə peşəkar olmaq əməkdaşlara aşağıdakı üstünlükləri qazandıracaq:

- Gündəlik işlərdə daha yüksək sürət və vaxta qənaət;

- Mürəkkəb hesabatların ən qısa vaxtda hazırlanması;

- Hesablamaların və hesabatların avtomatlaşdırılması;

- Biznesin mövcud durumunu hesabatlarda görmə imkanı;

- Böyük verilənlər üzərində işləmək imkanı;

- Mürəkkəb funksiyaları yazmaqla hesablama işlərini daha da asanlaşdırmaq.

Tədris müddətində Excelin 7 əsas (Home, Insert, Formulas, Page Layout, Data, View, Review) və köməkçi panelləri, 100 önəmli funksiyası praktiki nümunələr üzərində izah ediləcəkdir.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara sertifikat təqdim olunacaq.

 

Tədris proqramı

 

1. Home (Əsas səhifə) paneli

2. İnsert (Əlavə et) paneli

3. Page Layout (Səhifə tərtibatı) paneli

4. Formulas (Funksiyalar) paneli

5. Data (Verilənlər) paneli

6. Review (İcmal) paneli

7. View ( Görünüş) paneli