Ana səhifə->Kurslar

PowerPoint

Oxunma sayı: 653
Microsoft PowerPoint (tam adı — Microsoft Office PowerPoint) — təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur. Microsoft PowerPoint proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Təqdimat vasitəsilə qeydlər, çıxış tezisləri, reklamlar, dissertasiya, hesabat və s. məlumatlar dinləyicilərə gözəl tərtibatda çatdırılır. Təqdimatlarda qrafik redaktorların məhsullarından və multimediya vasitələrindən geniş istifadə etmək mümkündür.

Kurs haqqında:  MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Biznes mühitində hər gün qarşılaşdığımız təlimlər, seminarlar və mühazirələrin effektivliyi həm də təqdimatların keyfiyyətindən asılıdır. Bunu nəzərə alaraq sizə Power Point proqramının peşəkar tədrisini təklif edirik. Siz həm metodiki, həm də praktiki biliklər cəhətdən təcrübəli mütəxəssislərdən dərs alacaq, öyrənilən mövzuları praktiki şəkildə tətbiq edərək biliklərinizi möhkəmləndirmək imkanı əldə edəcəksiniz. Tədris müddətində Power Pointin bütün menyuları praktiki nümunələr üzərində izah ediləcəkdir. Biz hər kəsə fərdi yanaşma nəticəsində mövzuları dərindən mənimsəyəcəyinizə və qazanılmış bilikləri praktiki şəkildə tətbiq edə biləcəyinizə zəmanət veririk.

Sertifikat: Tədrisin sonunda imtahanın nəticəsindən asılı olaraq həmin şəxsə sertifikat verilir.

 

Tədris proqramı

 

1. Power Point haqqında ümumi məlumatlar

2. File menyusu

3. Home menyusu

4. Home menyusu

5. İnsert menyusu-Cədvəl və Clip art

6. Smart art və qrafiklər

7. Qrafiklər üzərində fərqli əməliyyatların aparılması