Ana səhifə->Kurslar

MathLab

Oxunma sayı: 532
Matlab (qısa- Matrix Labaratory-matris laboratoriyası) mühəndis və elmi hesablamaları yerinə yetirmək üçün nəzərdə tutulmuş interaktiv kompyüter sistemidir. Matlabı elmi kalkulyator adlandırmaq olar. Burada proqramla vizual vasitələrin vəhdəti tədqiqatçılar üçün əvəzolunmaz imkanlar yaradır. Matlabın tərkibində olan və dinamik sistemlərin modelləşdirilməsi üçün nəzərdə tutulmuş “vizual-bloklu imitasiya modelləşdirmə paketi” Simulink xüsusi yer tutur. Simulinkdə avtomatik tənzimləmə sisteminin tipik element və blokları, funksional və vizuallaşdırma vasitələri kitabxanada olan hazır bloklar şəklində təqdim olunur. Proqram təminatı isə üzə çıxmayaraq arxa planda qalır. Matlabda hesablama elementi matris olduğundan modeli matris şəklində verilmiş sistemləri modelləşdirdikdə qurulmuş vektor Simulink sxemində matris və vektorları daxil etmək kifayətdir.Tədqiqatların virtual xarakter daşımasına baxmayaraq praktiki tətbiqlərdə çox vacib olan biliklər qazanmaq mümkündür. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər:
Matriks əməliyyatları;
Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili;
Alqoritmlərin tətbiqi;
Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar.
MATLAB- müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir.