Ana səhifə->Kurslar

Adobe Photoshop

Oxunma sayı: 543

Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur. Adobe Photoshop dizayn və qrafik proqramlar arasında liderlik edən çoxistiqamətli professional proqramdır. Photoshop məhdudiyyətsiz imkan, yüzlərlə alət, minlərlə funksiya, milyonlarla effektlər deməkdir.  Photoshop CS2 buraxılışına etibarən, "Smart Object" (Ağıllı Obyekt) adında inkişaf etdirilmiş, vektorial məlumatların keyfiyyəti pozulmadan Photoshop mühitinə köçürülməsini təmin edən bir sistem ilə istifadəçilərə böyük bir asanlıq təmin edilmişdir.

Kurs haqqında: Siz, Adobe Photoshop təlimini bitirdikdən sonra təsvirlərlə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif illustrasiyalar və kollajlar hazırlamağı, və eləcə də təsvirlərin bədii tərtibatını da öyrənmiş olacaqsınız. Tədris təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Sertifikat: Tədrisin sonunda İmtahanın nəticəsindən asılı olaraq həmin şəxsə sertifikat verilir.

 

Tədris proqramı

 

- Rastr qrafikası: əsasları və emaletmə prinsipləri; 
- Rəng modelləri: xarakteristika və təyinatları;
- Qrafik faylların formatları və xüsusiyyətləri;
- Təsvirlərin hazırlanması və redaktəsi;
- Təsvirlərin seçilməsi, retuş və montaj edilməsi;
- Xüsusi effektlərin hazırlanması;
- Təsvirlərin çapa hazırlanması, rəng və ton korreksiyası;
- Təsvirlərin maket və düzmə proqramlarına eksportu;
- Əlavə imkanlar.