Ana səhifə->Kurslar

CorelDraw

Oxunma sayı: 414

CorelDraw - qrafik redaktor. Vektor qrafikası ilə işləmək üçün istifadə olunur. CorelDraw proqramı əsasən rəssam və dizaynerlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Proqramdan istifadə etmək üçün onun imkanlarından istifadə etməyi bacarmaqla yanaşı rəssamlıq, dizayn və müxtəlif illüstrasiyaları yerinə yetirmək bacarığı da olmalıdır Vektor qrafikası redaktorları arasında özünəməxsus yer tutan CorelDraw proqramı çox tez-tez yenilənir. CorelDraw proqramı nəşriyyat, poliqrafiya, reklam fəaliyyətində çox geniş istifadə edilir. Bunun da səbəbi onun vasitəsilə müxtəlif formalı və ölçülü təsvirlərin yaradılmasının mümkün olmasıdır.

Kurs haqqında: Siz, Corel Draw təlimini bitirdikdən sonra vektor qrafikası ilə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif poliqrafiya və reklam məhsullarının dizaynını hazırlamağı və eləcə də korporativ stilləri tərtib etməyi də öyrənmiş olacaqsınız.

 

Siz, 2 aylıq Corel Draw təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Vektor qrafikası: əsasları və emaletmə prinsipləri;
- Obyektlər ilə iş;
- Əyrilər ilə iş;
- Konturların hazırlanması və redaktəsi;
- Rənglər ilə iş;
- Yüksək dəqiqlik alətləri;
- Stillərin hazırlanması;
- Mətnlərin tərtibatı;
- Xüsusi effektlərin hazırlanması;
- Standart qrafik formatlara eksport və çapa hazırlama;
- Əlavə imkanlar.