Ana səhifə->Kurslar

AutoCad

Oxunma sayı: 419

AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur. Tarixi Proqramın köməyi ilə mühəndislikdə əl ilə yerinə yetirilən cizgi işləri avtomatlaşdırılmış və bununla layihələndirmə işləri sürətləndirilmişdir. Hər il Autocad-ın yeni, daha təkmilləşdirilmiş versiyası yaradılır. Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər.

Kurs haqqında: Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur. Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara sertifikat təqdim olunacaq.

 

Tədris haqqında

 

- Proqram interfeysi;
- AutoCAD primitivləri;
- Koordinatlarla iş;
- Obyektlərin redaktəsi;
- Obyektlərin xassələri və laylar;
- Bloklar;
- Ştrixləmə;
- Mətnlərlə iş;
- Ölçülər;
- Çapa hazırlama.
- 3D-modelləşdirmənin əsas anlayışları;
- 3D obyektlərin hazırlanması metodları;
- 3D obyektlərin redaktəsi;
- Səthlər;
- Torlar və nöqtələr buludu;
- Vizuallaşdırma;
- Layihə sənədlərinin hazırlanması.