Ana səhifə->Kurslar

3Ds Max

Oxunma sayı: 468

Autodesk 3Ds Max, (keçmiş 3D Studio MAX), Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film previzuallaşdırması üçün də istifadə olunur.

Kurs haqqında: Siz, Autodesk 3ds Max təlimini bitirdikdən sonra üçölçülü qrafika ilə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif 3D obyektlər və animasiyalar hazırlamağı və eləcə də layihələrin vizuallaşdırılmasını da öyrənmiş olacaqsınız. Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara sertifikat təqdim olunacaq.

 

Tədris proqramı

 

- 3D modelləşdirmənin əsas anlayışları;
- Sadə obyektlərin hazırlanması;
- Düz fiqurların (splaynlar) hazırlanması;
- Modifikatorların tətbiqi;
- Obyektləri modelləşdirmənin müxtəlif üsulları;
- Materialların hazırlanması və təyinatı;
- Xəritələrin layihələndirilməsi (UVW Map modifikatoru);
- Kameraların quraşdırılması və sazlanması;
- İşıqlarla iş;
- Layihənin vizuallaşdırılması;
- Xüsusi effektlər;
- Əlavə imkanlar.